Pandemiyaya baxmayaraq, Aİ ilə Azərbaycan arasında əməkdaşlıq davam edir - Yankauskas 

13:00 18.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasına baxmayaraq, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlıq davam edir.

Hafta.az trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Aİ-Azərbaycan 2020-2022” onlayn biznes forumunda deyib.

O bildirib ki, Azərbaycan hökuməti pandemiyanın yaratdığı problemlərə baxmayaraq, neft-qaz ehtiyatlarının tədarükünü yüksək səviyyədə davam etdirir.

K.Yankauskas əlavə edib ki, Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək:

“Aİ “yaşıl” iqtisadiyyat, eləcə də informasiya texnologiyaları sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Azərbaycanla əməkdaşlıq etməkdə olan Aİ şirkətləri bu ölkədə layihə reallaşdırmaq istəyən digər şirkətlər üçün perspektivlər açır”.

Oxunma sayı 393