“Paris Sen-Jermen” klubu Mauro İkardini birdəfəlik transfer edib

17:57 31.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın “Paris Sen-Jermen” futbol klubu İtaliyanın “İnter” komandasının hücumçusu Mauro İkardini birdəfəlik transfer edib.

Hafta.az xəbər verir ki, 27 yaşlı argentinalı hücumçu ilə 2024-cü ilədək qüvvədə olan müqavilə imzalanıb.

M.İkardi cari mövsümü icarə əsasında Paris təmsilçisinin heyətində keçirib. Argentinalı hücumçu paytaxt klubunun heyətində keçirdiyi 31 matçda 20 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Fransa çempionatı vaxtından əvvəl - aprelin 30-da yekunlaşdırılıb və “Paris Sen-Jermen” 2019-2020-ci il mövsümünün qalibi elan olunub.

Oxunma sayı 2198