Parlament seçkilərində bir yerə 10-12 namizəd  - MSK sədri

12:53 22.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Seçki Komissiyası Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkiləri ilə əlaqədar yaxın günlərdə bülletenlərin çapına başlayacaq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

M.Pənahov bildirib ki, namizədliyi qeydə alınan şəxslərin bir qismi bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər. o vurğulayıb ki, MSK istəyir ki, namizədlər mübarizəni indi dayandırmasın: “Amma bu, bütün dünya praktikasında olan, xüsusi keçmiş postsovet ölkələrində, Şərqi Avropa ölkələrində tez-tez baş verən hallardır. Son finiş xəttinə yanaşanda, adların bülletenlərə daxil olma mərhələsndə namizədlərin müəyyən qədəri öz namizədləriklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qism namizədliyini geri götürsə də, parlametdə bir yerə 10-12 namizəd var”.

MSK sədri vurğulayıb ki, fevralın 9-da səsvermə zamanı seçicilər bülletnlərdə Azərbaycanq ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər: “19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçıları arasındadı”.