Parlament yeni təlimatlar hazırlayır

13:00 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisdə sənədlərlə iş üzrə yeni təlimatlar hazırlanır.

Hafta.az-ın məlumatına görə, bunu Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov deyib.

Onun sözlərinə görə, bu xüsusi əhəmiyyət kəsb edən sənəd rolunu oynayacaq.

S.Sadıqov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı mütəmadi təkliflər səsləndirilib:

“Hesab edirəm ki, bu məsələyə yaxın müddətdə baxıla bilər”.

Qeyd edək ki, Milli Məclisdə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin qəbul olunması ilə bağlı təkliflər səsləndirilib.

Oxunma sayı 1285
Siyasət rubrikasından digər xəbərlər