Parlamentdə qadın deputat kişi həmkarını döydü – Günün təzadları

18:33 27.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Parlamentində komitənin iclası zamanı dava düşdü. Hafta.az Musavat.com-a istinadən xəbər verir ki, deputat Eka Beselia və Vano Zardiaşvili arasında mübahisə yaranıb. Daha sonra xanım deputat Eka Baselia V.Zardiaşviliyə yaxınlaşıb və onun üzünə vurub. İclasdakı digər deputatlar dərhal davaya müdaxilə ediblər. Davadan sonra iclasda bir müddət fasilə elan yaranıb.

 

Gəncə İmamzadəsindən oğurluq edildi

Gəncədə oğurluq hadisəsi baş verib. Hafta.az yazır ki, Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahında bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gülqabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

Asif  ailəsini 4 oğrudan əliyalın müdafiə etdi

Londonda müsəlman ailəni qarət etmək istəyən oğrular peşman oldular. Hafta.az-n yazdığına görə, “BAKU.WS” “Manchester evening news” saytına istinadən xəbər verir ki, axşam saatlarında 35 yaşlı Asif Ali itin hürməsinə həyətə çıxıb. O görüb ki, üzübağlı şəxslər evə giriblər. Asif Ali evinə girən 4 nəfər silahlı və maskalı şəxslərlə əliyalın mübarizə aparıb. O, evin ikinci mərtəbəsində olan həyat yoldaşı Şarlottanı müdafiə edərək, soyğunçuları qovmağa nail olub. Baş verən hadisə müşahidə kamerasına düşüb.

 

Eyvanda siqaret çəkmək qadağan edildi

Rusiya  Fövqəladə Hallar Nazirliyi oktyabrın 1-də hökumətin eyvanlarda siqaret çəkməyə qadağa tətbiq etdiyini bildirdi. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, qaydanın pozulmasına görə beş min rubla (130 manat) qədər cərimə tətbiq oluna bilər. Dövlət Dumasının Mənzil Siyasəti və Mənzil Kommunal Xidmətlər Komitəsi bu normanı təkmilləşdirməyə çağırıb. Mütəxəssislər yeni qaydaların ilk növbədə “kabab bişirən alkoqol alüdəçilərinə” qarşı yönəldildiyini vurğulayıb. İndi rusların açıq alovdan (o cümlədən, siqaretdən) siqaret çəkmək üçün nəzərdə tutulmayan yerlərdə, eyni zamanda mənzillərin, yataqxanaların və hotellərin eyvanlarında istifadə etməsi qadağandır.

 

Oğuzda meşəbəyi meşədə döyüldü

Oğuzda meşə nəzarətçisi hücuma məruz qaldı. Hafta.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyiliyinin ərazisində baş verib. Oğuz rayonu Calut kənd sakini Həsənov Ehtiram Vilayət oğlu meşə ərazisindən “UAZ” markalı avtomobillə qanunsuz qırdığı odunu apararkən meşə nəzarətçisi İsabala Xudumov onun şəklini çəkib. Bu vaxt E.Həsənov meşə nəzarətçisinə zor tətbiq etməklə onu döyüb və hadisə yerindən qaçıb. Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə cinayət işi başlanıb.