Finlandiyada azəri qadınlar fəallaşır

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Finlandiyada yeni təsis olunmuş “Azərbaycanlı qadınlar“ cəmiyyəti Helsinki şəhərində keçirilən toplantısında Finlandiya Azərbaycan Assosiasiyasına (FAA) üzv olaraq FAA nəzdində fəaliyyətini davam etdirmək barədə qərar qəbul edi. Təsisçilərin fikrincə, ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə, birləşib bir yerdə daha səmərəli işlər görmək daha məqsədəuyğun olar. FAA-nın sıralarına “Yeniyetmə Gənclər Təşkilatı“ndan sonra “Azərbaycanlı qadınlar“ cəmiyyətinin qoşulması assosiasiyanın fəaliyyət dairəsinin daha da genişlənməsinə gətirib çıxaracaq. Finlandiya Türk Cəmiyyətinin sədri Mine Eray yenicə yaranmış “Azərbaycanlı qadınlar“ cəmiyyətinə üzv qəbul olunmaq üçün müraciət edib.