“Paşinyan da faşist babasının yolunu gedir” – Sona Əliyeva

17:20 13.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Nikol Paşinyanın babasının erməni olması təccüblü deyil. Çünki bunu onun yürütdüyü siyasətdən də aydın görmək mümkündür. Ermənistanın baş naziri hələ də işğalçılıq siyasətinə son verməyib. Qatı faşist olan Qaregin Njdenin İrəvanda ucaldılmış abidəsini sökdürmək istəmir. Deməli, Paşinyanın qanındakı genetik faktorlar buna əngəl olur”.

Bunu hafta.az-a açıqlamasında politoloq Sona Əliyeva deyib. Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır, digər tərəfdən isə işğalçılıq siyasətini davam etdirir: “Bu insan naşı siyasətçi olduğu üçün etdiyi siyasi gedişlərdə, populist bəyanatlarında faşist olduğunu açıq-aşkar biruzə verdi. Hətta iş o yerə çatıb ki, parlamentin vitse-spikeri Eduard Şarmazanov Paşinyanda Hitlerin əlamətlərini gördüyünü deyir. Bu naşı siyasətçi Ermənistanı faşist Almaniyasına çevirmək istəyir. Paşinyan nifrət təbliğatı ilə məşğuldur. O, Ermənistanı 1930-cu illərin Almaniyasına bənzətməyə, özü isə Hitlerə oxşamağa çalışır. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan siyasi rəqiblərini güc strukturlarının hesabına qorxudur. Təbii ki, Ermənistanın baş nazirinin babası Nikol Paşinyanın SS-ə xidmət etməsi barədə məlumatların üzə çıxması bir daha onu göstərir ki, ermənilərin əksəriyyəti hələ o zaman faşizm rejiminin tərəfdarı olub. Həmin qəddar sistemi dəstəkləyib. Baş nazir Paşinyan da faşist babasının yolunu gedir. Bu o deməkdir ki, erməni cəmiyyətinin ümidsizcəsinə faşizmə yoluxması artıq heç kimdə şübhə doğurmur”. 

Oxunma sayı 356
rubrikasından digər xəbərlər