Paşinyan hökumətində Sorosa xidmət edənlər kimlərdir?        

15:35 03.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Erməni əsilli jurnalist Marqarita Simonyan ilə baş nazir Nikol Paşinyan arasında ikincinin Sorosun və digər qərbyönlü QHT-lərin layihəsi olması, Ermənistanı parçalaması ilə bağlı iddialar əsasında yaranmış söz savaşı davam edir. M.Simoyan bu dəfə Paşinyanı «manqurt» adlandıraraq onun ermənilərin keçmişi ilə bağlı əvvəlki müsahiblərini xatırladıb.  

Hafta.az Nikol Paşinyan hökumətində təmsil olunanlarla Soros arasındakı əlaqələrə dair bir sıra faktları təqdim edir.

Xatırladaq ki, Paşinyan həm jurnalist, həm də müxalifətçi kimi fəaliyyətini məhz Sorosun qrant dəstəyi ilə reallaşdırıb. Hakimiyyətə gəldikdən sonra isə komandasını məhz «Açıq cəmiyyət» Fondu ilə əlaqəli olan QHT-lərdə çalışan şəxslərdən formalaşdırıb.   

Paşinyan 2019-cu ilin 14 yanvarında baş nazirin səlahiyyətlərini icra edən şəxsdən baş nazirə çevrildikdə Soros «Ermənistanda vətəndaş cəmiyyətinə güclü dəstək «ölkənin indiki və gələcək demokratik inkişafı» üçün çox vacibdir» bəyanatı ilə çıxış etdi. Paşinyana bu dəstək həqiqətən də çox güclüdür. Bu gün Ermənistanda Soros Fondundan maliyyə dəstəyi alan QHT-lərin sayı altmışdan yuxarıdır. Onlara milyonlarla dollar yardım edilir. 2003-cü ildə onların bir çoxu «Açıq cəmiyyət naminə tərəfdaşlıq» təşəbbüsünü yaradıb orada birləşiblər. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra isə bu təşəbbüsü idarə edənlərdən bəziləri hakimiyyət strukturlarında təmsil olunmaq imkanı qazanıb.  

İndi isə gəlin Paşinyan hökumətində təmsil olunan «Sorosun uşaqları»nın kimlər olduğuna nəzər yetirək:

Ermənistanın Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan – bu şəxs Transparency International t\şkilatının seçim proqramlarının koordinatoru idi.

Ədliyyə naziri Rüstəm Badasyan – mətbuatda bu şəxsin ədliyyə naziri təyin olunana qədər onun namizədliyinin Soros Fondunun Ermənistan nümyəndəliyinin rəhbəri Larsa Minasyan tərəfindən lobbiləşdirildiyinə dair məlumatlar yayılmışdı.

Ermənistan xüsusi istintaq xidmətinin rəisi Sasun Xaçatryanın qardaşı David Xaçatryan isə Soros Fondunun idarəetmə şurasının  sədridir.

Srosun maliyyələşdirdiyi Open Medical Institute təhsil müəssisəsinin məzunu  Arsen Torosyan isə hazırda ölkənin səhiyyə naziridir.

Ermənistanın müdafiə naziri David Tonoyan isə 1998-2007-ci illərdə hökumət məmuru statusunda Müdafiə Naziliyinin NATO ilə əməkdaşlığının inkişafına, bu qurumun beynəlxalq təşktilatlarla, o cümlədən Soros trəfindən maliyyələşdirilən Transparency International ilə münasibətlərinin tənzimlənməsinə cavabdehlik daşyırdı.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın keçmiş təhlükəsizlik xidmətinin rəisi olmuş Artur Vanesyan bəyanat verərək ölkədə xaricdən maliyyələşən siyasi qüvvələrin mövud olduğunu, Soros fondunun fəaliyyətinin isə Ermənistan üçün təhdid yaratdığını bəyan etmişdi. Bu bəyanat ona vəzifəsindən kənarlaşdırılmaq hesabına başa gəldi. İndi isə barəsində istintaq aparılır.

Bunlar əslində Sorosun Ermənistanın hakimiyyət strukturlarında yerləşdirilmiş və mətbuata adları bəlli olan fiqurların çox kiçik bir hissəsidir. Erməni ekspertlər də vurğulayırlar ki, bu gün ölkədə ciddi etirazlarla qarşılaşan bir çox iqtisadi layihələr, hansı ki onların ətraf mühit və insan sağlamlığına zərərləri barədə ciddi araşdırmaların aparılmasına ehtiyac var, məhz Sorosun nəzarətindədir. Bu baxımdan həmin layihələrə etirazlara baxmayaraq Paşinyan tərəfindən qırmızı işıq yandırılması da təsadüfi deyil.

Digər mühüm məqam isə, Ermənistanın təhlkəsizliyinə cavabdeh şəxslərin birbaşa Sorosla əlaqəli olması da gizlədilmir. Məlumdur ki, bu gün Ermənistanın əsas təhlükəsizlik qarantı Rusiya və KTMT sayılır. Bu gün Ermənistanda Paşinyan hökumətinin yaratdığı süni siyasi gərginlik Rusiyanın da bu ölkədəki dayaqlarının məhv edilməsinə istiqamətlənib. Tək rusiyameylli siyasətçilərin həbs edilməsini xatırlatmaq kifayətdir.

Oxunma sayı 1244
Siyasət rubrikasından digər xəbərlər