“Paşinyan ölən hərbçilərin analarının müraciətlərini cavabsız qoyur” - Marqarita Xaçatryan

12:07 01.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan hökuməti həlak olmuş hərbçilərin analarının tələblərinə qulaq asmalı və onların problemlərini həll etməlidir. Nikol Paşinyan baş nazir seçildikdən sonra bu istiqamətdə konkret addımlar atmayıb”.

Hafta.az aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Zinvor” qeyri-hökumət təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryan deyib. Təşkilat sədri Ermənistan hökumətinin ölən hərbçilərin anaları və arvadlarının məsələsini nəzərdən keçirməyə və həll etməyə borclu olduğunu bəyan edib: “Sentyabrın 11-də baş nazirə bir bəyanat yazdıq. Onlarla şəxs imza atdı. 19 sentyabrda onunla birlikdə hökumət binasının qarşısında görüşdük və ümid etdik ki, məsələmiz həll olunacaq və ya bizi qəbul edəcəklər. Ancaq bu günə qədər heç bir cavab alınmayıb. Paşinyan ölən hərbçilərin analarının müraciətlərini cavabsız qoyur ".

O qeyd edib ki, 19 sentyabr tarixində baş nazirlə görüşünü cəmi iki dəqiqə davam etdiyi üçün normal hesab etməyib: "Xarici dövlətlərin başçılarının burada olduğunu bilsək də, Ermənistanın baş nazirinə məktublarımızı xatırlatmaq istəyirik. Xatırlatmaq istəyirik ki, geri çəkilməyəcəyik və sonadək mübarizə aparacağıq", deyə qeyri-hökumət təşkilatının koordinasiya şurasının sədri bəyan edib. Həlak olmuş hərbi qulluqçuların ailələri diqqət mərkəzində olacaq qanunvericilik dəyişiklikləri edilməsi tələbi dəyişilməz olaraq qalır”.