Paşinyan: Şuşa Azərbaycan şəhəridir

14:12 21.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dağlıq Qarabağda müharibəni daha az ərazi itkisi ilə dayandırmaq mümkün deyildi.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu ötən gün parlamentdə “Hökumət saatı” zamanı deyib.

"Çiçəklənən Ermənistan" Partiyasından olan müxalif deputat Naira Zöhrabyan “Bu, Rusiya Prezidenti Vladimir Putinin müharibəyə "Şuşaya daha sərfəli nəzarət şərtləri ilə (erməni tərəfi üçün) son qoyulmasının mümkünlüyü haqda" fikrini şübhə altına almaq demək deyilmi?!” deyə baş nazirdən soruşub. Paşinyan cavab verib ki, əvvəllər öz müsahibələrində bu məsələlərə ətraflı toxunub.

“Bütün danışıqlar prosesi ərzində  "Azərbaycan qaçqınlarının Şuşaya qaytarılmasını nəzərdə tutmayan” “heç bir nizamlama variantı” olmayıb", - deyə o qeyd edib.

Baş nazir xatırladıb ki, münaqişənin başlanğıcına qədər Şuşanın azərbaycanlı əhalisi 90%-i ötürdü: “Demək istəyirsiniz ki, əhalisinin 90 faizdən çoxunun azərbaycanlı olduğu Şuşa bu statusda erməni şəhəridir?”-Paşinyan fikrini yekunlaşdırıb.

Oxunma sayı 370
Siyasət rubrikasından digər xəbərlər