“Paşinyan Şuşadan müharibə ismarışı verdi” – Elxan Şahinoğlu

11:20 24.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 21-də işğal altındakı Şuşaya gəlişi və bu şəhərdə Dağlıq Qarabağın yeni seçilən “prezidenti” Araik Aratunyunanın andiçmə mərasiminin keçirilməsi müharibəyə dəvətdir”.

Bunu hafta.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın işğal olunmuş Şuşa şəhərində keçirilən qondarma "andiçmə mərasimi” məsələsinə şərh verərkən deyib.

Onun sözlərinə görə, son tədbir erməni separatçılarının və Baş nazir Nikol Paşinyanın təxribatı idi:

“Çünki ötən illərdə də Dağlıq Qarabağda “prezidentin” andiçmə mərasimi keçirilirdi və bu tədbirlər ermənilərin yaşadığı Xankəndidə keçirilirdi. Bu dəfə isə “andiçmə mərasimini” Şuşada keçirdilər. Halbuki beynəlxalq vasitəçilərin hazırladığı bütün həll planlarına görə, Şuşa boşaldılmalı və azərbaycanlılara qaytarılmalıdır. Nikol Paşinyanın “andiçmə” mərasimini Şuşada keçirməkdə iki məqsədi vardı. Birinci məqsəd erməni separatçılarının Şuşanı Dağlıq Qarabağın paytaxtı etmək istəyi, ikinci məqsəd isə erməni separatçılarının Şuşanı azərbaycanlılara qaytarmayacaqlarını göstərmələri ilə bağlıdır”.

Oxunma sayı 239
Siyasət rubrikasından digər xəbərlər