“Paşinyan Şuşaya getməklə bütün beynəlxalq hüquq normalarını çeynəmiş oldu” – Sona Əliyeva

16:26 21.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanın baş nazirinin Şuşada separatçıların liderinin "andiçmə mərasiminə qatılması həyasızlığın son həddidir. Bütün beynəlxalq hüquq normalarının çeynənməsidir".

Bunu hafta.az-a açıqlamasında politoloq Sona Əliyeva deyib. Politoloq bildirib ki, Nikol Paşinyanın son davranışları Azərbaycanı müharibəyə təhrik edir və beynəlxalq təşkilatlar ölkəsini müharibəyə və uçuruma sürükləyən bir adama dur deməlidir: "Əgər Qarabağ cəbhəsində qəfil müharibə başlasa və Azərbaycan Ordusu anti-terror əməliyyatlarına başlasa bunun əsas səbabkarı Nikol Paşinyan olacaq. Ermənistanın baş naziri anlamalıdır ki, cəbhədə məğlubiyyət onun da hakimiyyətinin sonunu gətirəcək. Necə ki, aprel döyüşlərində ermənilərin yenilgisi Serj Sarkisyanı postundan uzaqlaşdırmışdı. Hesab edirəm ki, beynəlxalq qurumlar Ermənistanın hazırkı rəhbərliyi ilə bağlı ölçü götürməlidir. İşğalçı dövlətə qarşı sanksiyalar tətbiq olunmalıdır. Əgər işğalçı yerində oturdulmasa, gələcəkdə bunun daha ağır fəsadları meydana çıxa bilər. Bu, birmənalıdır. Özünü demokrat kimi təqdim etməyə çalışan Nikol Paşinyan işğalçılıq siyasətini davam etdirməklə, əslində ən böyük cani olduğunu ortaya qoydu. Şuşaya səfər göstərdi ki, onun xələflərindən - Serj Sarkisyandan, Robert Köçəryandan elə bir fərqi yoxdur. Paşinyan Şuşaya getməklə bütün beynəlxalq hüquq normalarını çeynəmiş oldu”.

Oxunma sayı 713
Siyasət rubrikasından digər xəbərlər