“Paşinyanın Trampla görüşmək şansları azdır” – Sarkisyan

16:40 17.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Nikol Paşinyanın BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində Donald Trump ilə görüşmə şansı həqiqətən çox azdır. Çünki Ermənistan ABŞ-ın tərəfdaş olduğu 193 ölkə arasında 179-cu yerdədir. Donald Trampın Paşinyanla üzbəüz müzakirə edəcəyi elə bir mühüm məsələ yoxdur”.

Hafta.az tert.am-a istinadla xəbər verir ki, bunu Erməni Amerika Araşdırmaları Mərkəzinin rəhbəri Suren Sarkisyan deyib. Sarkisyan bildirib ki, BMT-də çıxışı zamanı Nikol Paşinyan suriyalı erməniləri Ermənistanda yerləşdirdiyi üçün pul tələb etsə yaxşı olar:

“Diqqəti xarici siyasətə yönəltməlidir. Təqdim edilə biləcək şeylər varsa - məsələn, Ermənistanın xarici siyasət gündəliyi və təhlükəsizlik problemləri - bunlar baş nazirin öz nitqində söylədiyi əsas məqamlar ola bilər. Bu baxımdan BMT-nin 74-cü sessiyasından əlavə nəsə gözləmək absurddur ".

Siyasət rubrikasından digər xəbərlər