Paytaxt meri təcili əməliyyat olundu – Günün təzadları

18:18 14.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kiyev şəhərinin meri Vitali Kliçko səhhəti ilə əlaqədar Los-Ancelesdən təcili Ukraynaya qayıtdı.

Hafta.az  Musavat.com-a istinadla xəbər verir ki, məlumatı Strana.ua saytı yayıb. Kəskin qulaq ağrısından şikayət edən boks üzrə keçmiş dünya çempionu həkim qəbuluna 40 dərəcə hərarətlə gedib.

Təcili əməliyyata qaldırılan V.Kliçko hazırda Ukrayna pauyaxtında yerləşən Aleksandrovski Şəhər Klinik Xəstəxanasında müalicəsini davam etdirir.

 

Hakan Şükür taksi sürücülüyünə başladı

Türkiyə məhkəməsinin qərarı ilə “FETÖ” terror təşkilatına maliyyə yardımı göstərməkdə təqsirli bilinərək haqqında həbs cəzası verilən və bütün əmlakı müsadirə edilən Hakan Şükür ABŞ-da taksi sürücüsü kimi fəaliyyətə başladı.

Hafta.az  Musavat.com-a istinadla  xəbər verir ki, uzun müddətdir ABŞ-da yaşayan 45 yaşlı keçmiş futbolçunun açdığı kafedə "Dombra" musiqisi səslənib. Almaniyanın "Welt am Sonntag" qəzeti bu hadisədən sonra veteran futbolçunun kafeni bağladığını yazıb.

O, smartfon telefonlarla idarə edilən "Uber" taksi şirkətində sürücü kimi işləməyə başlayıb. Hakan Şükür 2015-ci ildə ABŞ-a köçüb. Onun atası Semet Şükür Sakaryada davam edən məhkəmədə günahlandırılır. Samet Şükürün bütün əmlakı dondurulub.

Hakan Şükür DÇ-2002-nin Cənubi Koreyaya qarşı 3-cü yer uğrunda keçirilən matçın 10,8-ci saniyəsində qol vurmuşdu. Türkiyə millisinin sabiq üzvü bu rekordla tarixə düşüb.

 

Yaşıl qar sakinləri qorxutdu

Rusiyanın Çelyabinsk əyalətində yağan yaşıl qar sakinləri qorxuya saldı. Hafta.az yazır ki, bu barədə “Mir 24” xəbər yayıb.

İlkin ehtimallara görə, qarın qeyri-adi rəngi yaxınlıqdakı qranit karyeri ilə əlaqəlidir. Rusiya Ekologiya Nazirliyi artıq bununla bağlı açıqlama yayaraq, sakinlərə qorxmaq üçün əsas olmadığını bildirib.

 

Çelik restoranda ofisiant işlədi

Türkiyənin məşhur müğənnisi Çelik restoranların birində ofisiant kimi işlədi. Hafta.az  xəbər verir ki, bu haqda Oxu.az məlumat yayıb.

Ankarada konsert verən ifaçı iki əlil uşağı xəstə olan ataya kömək etməyə söz verib. Çelik atanın istəyi ilə Eskişehirdə yerləşən restoranların birində könüllü olaraq ofisiant işləyib.

Sənətçi sözünün üstündə durub və bir gün ofisiant olaraq restoranda müştərilərə qulluq edib.

 

Məşhur müğənni xəstə uşağın evində konsert verdi

Türkiyəli müğənni Haluk Levent onu sevən 15 yaşlı yataq xəstəsinin arzusunu reallaşdırdı.

Hafta.az-ın yazdığına görə, Sondakika.com xəbər verir ki, müğənni Bursada yaşayan, üç ildir yataq xəstəsi olan Gökdenizin yanına gedərək ona süpriz edib.

İfaçı xüsusi aparata bağlı olan Gökdeniz üçün evdə mini konsert verib. Gökdeniz bir müddət öncə Haluk Leventi çox sevdiyini və onu görmək istəyini bildirmişdi.