Paytaxt parklarında süstlük - FOTO

14:42 24.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Sərt karantin rejiminin dördüncü günü paytaxt parklarına baş çəkdik. İnsanların parklara axın edib-etmədiyi ilə maraqlandıq.

Hafta.az xəbər verir ki, əvvəlki karantin günlərindən fərqli olaraq hazırda paytaxtdakı parklarda süstlük hökm sürür. Nadir hallarda insanların övladları ilə gəzintiyə çıxması müşahidə olunur. Skamyalarda əyləşənlər isə ara məsafəsinə fikir vermirlər. Parklardakı uşaq əyləncə mərkəzləri, atraksionlar isə fəaliyyət göstərmir. Parklarda isə ancaq xadimələr və xidməti işçilər gözə dəyir. Onlar da təmizlik işləri görürlər.

 

Oxunma sayı 9926