“Sürix protokolları olduğu yerdə durur“

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Türkiyə və Ermənistan arasında imzalanmış Sürix protokolları yenidən gündəmə gələ bilər. Türkiyənin Avropa Birliyi üzrə dövlət naziri Egemen Bağışın sözlərindən belə aydın olur. Avropa Komissiyasının Türkiyə ilə bağlı 2011- ci il İrəliləmə raportunu dəyərləndirmək üçün mətbuat konfransı keçirən E.Bağış bildirib ki, qardaş Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ilə ATƏT-in Minsk Qrupu məşğul olmaqdadır: “Minsk Qrupu Rusiya, ABŞ və Fransa tərəfindən yönləndirilməkdədir. Türkiyə də həmin qrupun uğur əldə etdiyini görərsə, lazım olan addımı atacaq. Bunun üçün hər şeydən əvvəl, Azərbaycanla Ermənistan arasındakı münaqişənin sona çatması və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi lazımdır. Bizə bununla bağlı gələn müraciətlərə də eyni cavabı veririk“. O əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında imzalanmış məlum Sürix protokolları “olduğu yerdə durur“.

Vüsal
Oxunma sayı 32