Paytaxtın bu küçəsində üfüqi nişanlanma xətləri yenilənəcək

16:29 30.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçilər prospekti və Niyazi küçəsində bu gün axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən hafta.az-a verilən məlumata görə, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Oxunma sayı 2827