Peşə məktəbinə qəbul başlayır

12:14 22.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 22-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, bu proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

 

Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.