Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

22:35 27.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 27-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən hafta.az-a bildirilib ki, proqramda şəxsi inkişaf və karyera planlaşdırılması, hesablama əməliyyatları, ana dilində ünsiyyət, peşə etikası, əməliyyatçı-mühasib, interyer və eksteryerin bədii tərtibatçısı, bərbər-vizajist-manikürçü ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi "YouTube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Oxunma sayı 505