Polis 20 nəfəri saxladı

12:00 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da 32 cinayətin üstü açılıb. 

Onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 7, baş verən oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 16 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə, 20 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxunma sayı 81