“CNN“ Azərbaycan barədə reportaj yayımlayıb

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt
“CNN“ Azərbaycan barədə növbəti reportaj yayımlayıb. Telekanalın tanınmış aparıcısı Beki Andersonun müəllifi olduğu telesüjetdə söhbət Bakı limanı və onun artan əhəmiyyətindən gedir. Reportajda bildirilir ki, strateji regional əhəmiyyətə malik Bakı limanı vasitəsilə yalnız mülki xarakterli yüklər qərb-şərq istiqamətində daşınmır, liman vasitəsilə həm də Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri müxtəlif təyinatlı mallarla da təchiz edilir. Süjetdə Ələt qəsəbəsində yeni limanın inşa olunduğu xəbər verilir və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsindən sonra Azərbaycanın regional əhəmiyyətinin və iqtisadi faydalarının daha da artacağı vurğulanır.

Oxunma sayı 128