Polis aztəminatlı ailələrə sovqat apardı

10:54 25.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ramazan bayramı münasibəti ilə Yardımlı Rayon Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, polis əməkdaşları aztəminatlı ailələri ziyarət edib, onları bayram münasibətilə təbrik edərək müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını onlara təqdim ediblər. Bununla yanaşı, yaşlı və səhhətində problemlər olan bir neçə sakinə isə dərman və digər tibbi ləvazimatlar aparılıb.

Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər

Oxunma sayı 225
Sosial rubrikasından digər xəbərlər