Rezidenturaya ixtisas seçiminin müddəti uzadılıb

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda rezidenturanın boş qalmış yerlərinə elan edilən ixtisas seçiminin vaxtı uzadılıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib.

Onun sözlərinə görə, Nəsimi rayonu ərazisində aparılan qazıntı işləri zamanı TQDK-nı internetlə təmin edən xətlərin zədələnməsi səbəbindən oktyabrın 11-i saat 12:00-dan etibarən komissiyanın internet saytına daxil olmaq mümkün olmayıb. Hazırda bu problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Əsas internet xətti bərpa olunanadək müvəqqəti xətdən istifadə olunacaq. Bununla əlaqədar rezidenturaya ixtisas seçiminin müddəti oktyabrın 14-ü saat 11:00-dək uzadılıb.
Sevda