Polis narkotiklərlə əlaqəli 23 fakt müəyyənləşdirib

13:28 23.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün ərzində törədilmiş 35 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Oxunma sayı 235