Portuqaliya Aİ-ni avtomobil sektoru üçün təxisrəsalınmaz tədbirlər görməyə çağırır

22:51 16.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Portuqaliya və Avropa İttifaqının daha 11 ölkəsi Avropa Komissiyasına müraciət edərək, pandemiyadan sonra iqtisadiyyatın bərpasını öz planlarına daxil etməsini, avtomobil istehsalının dayanmasını nəzərə alaraq, sektor üçün təxirəsalınmaz tədbirlər görməsini xahiş edib.

Hafta.az xəbər verir ki, İspaniya, Portuqaliya, Bolqarıstan, Çexiya, Macarıstan, İtaliya, Latviya, Malta, Polşa, Pumıniya, Slovakiya və Sloveniya nazirləri Aİ-də avtomobil sektoru üçün xüsusi bərpa planının hazırlanması xahişi ilə çıxış ediblər.

Nazirlərin məktubunda vurğulanır ki, avtomobil sektoru bu ölkələrin fəaliyyətinin mərkəzi və strateji istiqamətlərindən biri olub, Aİ-nin ümumi daxili məhsulunun 7 faizini, Aİ-də məşğul olanların 6 faizini və ümumavropa ixracının 12 faizini təşkil edir.

COVID-19 pandemiyası səbəbindən istehsal ən azı iki ay müddətinə praktiki olaraq dayanıb. Bununla yanaşı, istehlakçı tələbatı da kəskin azalıb.

Məktubda daha sonra deyilir: "Böhranın sektorun əhəmiyyətli iqtisadi yatırımlar etdiyi bir vaxtda baş verdiyi nəzərə alınsa, bu ssenari daha dramatik görünür".

Portuqaliya Avtomobil Assosiasiyasının (ACAP) məlumatına görə, koronavirus pandemiyasına görə aprel ayında ölkədə avtomobil istehsalı 1238 minik və ağır nəqliyyat vasitəsinin istehsal olduğu 2019-cu ilin eyni ayı ilə müqayisədə 95,5 faiz azalıb.

Oxunma sayı 323