Portuqaliyada parlament seçkiləri keçirilir

13:11 06.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Portuqaliyada növbəti parlament seçkiləri keçirilir.

Hafta.az xəbər verir ki, seçkilərdə Sosialist və Sosial-Demokrat partiyaları, Solçu blok, Xalq Partiyası, Birləşmiş Demokratik Koalisiya (kommunistlərin və yaşılların alyansı), “İnsanlar-heyvanlar-təbiət” İctimai Birliyinin namizədləri mübarizə aparırlar.

Təkpalatalı olan Portuqaliya parlamenti dörd il müddətinə seçilən 230 deputatdan ibarətdir.