“Azərbaycandakı bir alimin intellektinin qiyməti bir milyon dollardır“

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Azərbaycandakı bir alimin intellekti bir milyon dollar olsa da, bunu müsbət dəyərləndirmirlər. Mən bunu havadan demirəm. Çünki hər şeyi hesablamışam. Hazırda bağçalarda qiymətlər məlumdur. Yən normal şəraitə malik uşaq bağçalarında bir uşağın aylıq xərci 300, bir illik xərci isə 3600 manatdır. Orta məktəblər 11 illikdir və hər dərs ilinin də ayrı-ayrı qiyməti var. Ali məktəblərdə hər kursun qiyməti barədə də çox yazılıb və deyilib. Magistraturalarda, aspiranturalarda, yəni indiki sistemlə doktorantura üzrə təhsilə də kifayət qədər xərc çəkilir. Uşaq bağçalarından doktoranturanı bitirənədək çəkilən ümumi xərclərin məbləği təxminən 300-400 min dollar edir“. Bu fikirlər Prezident təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərova məxsusdur. Onun dediyinə görə, elmi məqalələrin yazılması, onların çapı, digər sənədlərin hazırlanması və başqa xərclərlə birlikdə bir alimin intellektinin qiyməti bir milyon dollara gəlib çatır: “Ona görə də ali məktəbdə həmin elm adamıyla onunla həmyaşıd və intellektinin qiyməti maksimum 1000 dollar olan süpürgəçiyə eyni qiyməti qoymaq və ya vermək düzgün deyil. “Qurani-Kərim“də də buyrulub ki, Allah bizə peyğəmbər və kitab göndərdi ki, insanlar arasında ədalət bərqərar olsun və qorunub-saxlanılsın. Amma biz elm adamlarına qiymət verərkən ədalətçilik prinsiplərini gözləmirik. Nə qədər ki, alimlərin intellektini düzgün qiymətləndirmirik, ali təhsildə çoxsaylı problemlər özünü həmişə büruzə verəcək“.
Təbriz