Premyer Liqada mövsümün ilk yarısı bitdi

18:59 08.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.

Hafta.az xəbər verir ki, ilin son turunda daha üç oyun keçirilib.

"Zirə" öz meydanında "Səbail"i qəbul edib və 4:1 hesablı qələbə qazanıb. "Sumqayıt" - "Qəbələ" matçında bərabərik qeydə alınıb - 1:1.

Günün son matçında isə "Neftçi" "Sabah"ın qonağı olub. Görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, bu oyunlardan sonra mövsümün ilk yarısına yekun verulub və komandalar qış fasiləsinə yollanıb.

8 dekabr (bazar)

“Sabah” – “Neftçi” - 0:2 
Qollar:
 Anton Krivotsyuk, 45+2, Stiven Monroz, 90+2
“Bank Respublika Arena”

“Zirə” – “Səbail” - 4:1
Qollar: 
Nicat Süleymanov, 5 (1:0), 20 (2:0), Adrian Skarlatake, 60 (3:0), Eriko da Silva, 78 (3:1), Tellur Mütəllimov, 89 (4:1)
Zirə İdman Kompleksinin stadionu

“Sumqayıt” – “Qəbələ” - 1:1 
Qollar: 
Fernan Lopez, 22 (0:1), Peyman Babayi, 31-pen. (1:1)
Qırmızı vərəqələr: Anar Nəzirov ("Qəbələ"), 65, Qismət Alıyev, 86 ("Qəbələ")