Prezident İlham Əliyev dünya çempionumuzu təbrik edib

11:52 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistanda keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında çempion olan Aydın Süleymanlıya təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

Əziz Aydın,

Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.

Siyasət rubrikasından digər xəbərlər