Prezident İlham Əliyev Andreas Reşmayer ilə görüşüb - FOTO

11:28 14.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

Bu barədə Prezidentin Mətbuat xidmətindən hafta.az-a məlumat verilib.

Bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.