Prezident İlham Əliyev general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verib - FOTO

14:04 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

Onlar bu gün İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Oxunma sayı 3490
Siyasət rubrikasından digər xəbərlər