Prezident İlham Əliyev müsəlman dünyasının ən nüfuzlu şəxsləri sırasında yer alıb

11:39 03.10.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev hər il olduğu kimi, bu il də müsəlman dünyasının nüfuzlu siyasətçiləri arasında yer alıb. Reytinqin açıqlandığı sənəddə bildirilir ki, Azərbaycan prezidenti dünyəvi şəxsiyyət olmaqla yanaşı İslam dininə etiqad edir. Onun islam mədəniyyətinə dəstəyi isə ölkə əhalisinin tələblərinə cavab verir.

Hafta.az xəbər verir ki, «The Muslim 500» siyahısı son on ildə hər il olmaq şərtilə dərc edilir. Bu siyahıda müsəlman dünyasının siyasi, ideoloji, mədəni və digər təsir imkanlarına malik şəxslərin adları yer alır.

Reytinq siyahısı Əmmanda yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanır. Bu siyahıda digər iki azərbaycanlı, xalq artisti Alim Qasımov və Şeyxülislam Hacı Allahşükür Paşazadənin də adı var. Sənəddə həmçinin deyilir ki, Azərbaycan əhalisinin 99 faizi İslam dininə etiqad edir. Həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvülərindən biridir.

 

Gündəm rubrikasından digər xəbərlər