Prezident İlham Əliyevin müsahibəsi ən çox oxunan məqalə olub

16:20 25.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi ən çox oxunan məqalə olub. Bu barədə “Nikkei Asia”nın “Twitter” səhifəsində qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti Vətən müharibəsi başlayandan bu günə qədər dünyanın müxtəlif ölkələrinin tanınmış media orqanlarına müsahibələr verib. Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi rolu, iqtisadiyyat və daxili siyasi proseslərlə bağlı bütün sualları cavablandıran İlham Əliyevin müsahibələri dünyanın yüzlərlə media orqanında yayılıb. Prezidentin "Fox News" telekanalına verdiyi sonuncu müsahibəsi də hazırda sosial şəbəkələrdə ən çox yayılan məlumatlar arasındadır.

Oxunma sayı 867
Siyasət rubrikasından digər xəbərlər