“Prezident hər zaman xalqın yanındadır" - Millət vəkili 

15:59 06.12.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda yüksək vətəndaş məmnunluğu yaradan dəyərlər formalaşıb. Belə ki, Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dövlət başçısı mütəmadi olaraq ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir: “Bu görüşlər və səfərlər böyük əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Bunun nəticəsidir ki, ölkəmizin hərtərəfli inkişafı regionların timsalında da özünü yüksək səviyyədə ifadə edir”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin sadə vətəndaşlarla mütəmadi ünsiyyəti dövlət başçısının yürütdüyü siyasətin təməlində insan amili dayandığının bariz nümunəsidir: “Prezidentin Şamaxı rayonuna etdiyi səfər və bu səfər çərçivəsində sadə insanlarla görüşü bir daha sübut edir ki, İlham Əliyev hər zaman xalqın yanındadır. Məlum olduğu kimi, artıq Şamaxı və ətraf rayonlarda baş vermiş zəlzələnin fəsadları aradan qaldırılmaqdadır. Evləri yararsız hala düşən insanlar dövlət hesabına yeni mənzillərlə təmin olunurlar. Bu, dünyada nadir bir təcrübədir. Çünki inkişaf etmiş ölkələrdə bu, belə deyil. Orada vətəndaşların evləri sığortalanır və əgər ev hansısa səbəbə görə ziyan çəkibsə, vətəndaş sığorta şirkətinə müraciət edir. Yəni, zərəri dövlət deyil, sığorta şirkəti qarşılayır. Bizdə isə dövlət bu işi öz üzərinə götürür. Bu da öıləmizdə vətəndaş amilinə verilən qiymətin bariz nümunəsidir. Prezident Şamaxıda keçirdiyi görüşdə də vurğuladı ki, biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır. Ən ağır vəziyyətdə olan vətəndaşları biz daim diqqət mərkəzində saxlamalıyıq. Bütün bunlar bir daha sübut edir ki, ölkə Prezidenti hər zaman xalqın yanındadır, xalq da Prezidentə güvənir, ona arxalanır və bu cür münasibət gələcəkdə olkəmizin daha da inkişafına zəmin yaradır”.

Oxunma sayı 41
Gündəm rubrikasından digər xəbərlər