Prezident koronavirusla bağlı karantinə alındı – Günün təzadları

18:19 27.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın Lombardiya regionunun prezidenti Attilio Fontananın koronavirusla bağlı iki həftə karantində qalacağı bəlli oldu.  Səbəb onun köməkçisinin ölümcül virus “COVID-19”a yoluxmasıdır.

Hafta.az yazır ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə A.Fontana özü  açıqlama verib. O bildirib ki, köməkçisi ilə daim bir yerdə çalışır.

“Təəssüf ki, onun analizlərinin cavabı pozitiv çıxdı. Buna görə də eyni komandada olan mən, asessorlar və köməkçilər testdən keçdik. Nəticələr bəlli olub. Yaxşı xəbər budur ki, mən və komandanın digər üzvləri hələ heç bir infeksiyaya yoluxmamışıq”, - deyə o bildirib.

Qeyd edək ki, İtaliyada indiyə qədər 12 nəfər koronavirusdan ölüb. Epidemiya başlayandan indiyə kimi ölkənin 20 regionunun doqquzunda 400 yoluxma halı müəyyən edilib.

 

8 yaşlı müsəlman qız riyaziyyat üzrə dünya birincisi oldu

Türkiyənin Kayseri şəhərindən olan 8 yaşlı Nilufər Şimşək riyaziyyat üzrə beynəlxalq “Caribou» yarışmasıda dünya birinciliyini qazandı.

Hafta.az Türkiyə mediasına istinadla xəbər verir ki,  balaca müsəlman qız 2-ci sinif şagirdləri arasında ingilis dilində keçirilən riyaziyyat müsabiqəsində qalib gəlməyi bacarıb. 

Müsabiqəyə 1582 şagird qatılıb. “TRT”-nin yaydığı məlumata görə, Kanadada təşkil edilən bu yarışma planet üzrə internet vasitəsi ilə  aparılır.  Müsabiqə riyaziyyata marağı artırmaq və riyazi tapşırıqları əyləncəli və  maraqlı şəkildə həll etmək məqsədi daşıyır. Yarışma ildə 6 dəfə olmaqla 12 yaş kateqoriyasında  ingilis, fransız və fars dillərində keçirilir.

 

İranın daha bir deputatı koronavirusa yoluxdu

Iran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zülnur koronavirusa yoluxdu. Hafta.az-ın yazdığına görə, "Report" IRNA-ya istinadən xəbər verir ki, o, bu barədə özü məlumat verib. M.Zülnur analizin nəticələrinin müsbət çıxdığını və hazırda karantinə alındığını vurğulayıb. Qeyd edək ki, bundan əvvəl İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi və Tehranın deputatı Mahmud Sadiqiyə koronavirus diaqnozu qoyulub.

 

Gürcüstan Ermənistandan Gürcüstana gedən tonlarla konyakı buraxmadı

Artıq iki həftədir ki, Ermənistandan Rusiyaya getməli olan yük maşınları Gürcüstanla sərhəddəki Gezi terminalında saxlanıldığı bilindi.

Hafta.az xəbər verir ki, bu haqda işğalçı ölkənin “Hraparak” qəzeti məlumat yayıb. 

Məlumatda deyilir ki, Gürcüstan gömrükçüləri  erməni konyaklarının sərhəddən keçidinə laborator araşdırma bəhanəsi ilə qadağa qoyublar.  Halbuki, söhbət Rusiyaya getməli olan tranzit yüklərdən gedir. Gürcüstan laboratoriyaları erməni içkilərinin keyfiyyətində ciddi qüsur tapmadıqdan sonra konyak nümunələrinin test üçün Fransaya göndərildiyi bildirilib.  Buna görə də məsələ uzanır. 

Erməni sürücülərin sözlərinə görə, gürcü sərhədçi və gömrükçülər onların sürücülük vəsiqələrini ələrindən alır və faktiki olaraq avtomobilləri həbs edirlər. 

Ermənistan XİN sözçüsü Anna Nagdalyan jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstandakı erməni səfirliyinə məlumat verilib və problemin həlli istiqamətində addımlar atılır. 

 

Bələdiyyə sədri koronavirusdan sağaldı

İran paytaxtı Tehran şəhərinin 13-cü bölgəsinin koronavirusa yoluxmuş bələdiyyə sədri Murtəza Rəhmanzadə sağaldı.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, onun vəziyyətinin yaxşı olduğu və evə buraxıldığı vurğulanıb.

İran Səhiyyə Nazirliyi ölkənin 20 əyalətində koronavirusa yoluxma halının qeydə alındığını, indiyədək 22 nəfərin öldüyü, 54 nəfərin sağaldığı, 141 nəfərə isə koronavirus diaqnozunun qoyulduğunu təsdiqləyib.

Oxunma sayı 30