Prezident La Liqanın bərpa tarixini açıqladı

16:07 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Almaniya Bundesliqasının bərpa edilməsinə münasibət bildirib.

57 yaşlı funksioner La Liqanın mümkün başlama tarixini də açıqlayıb:

"Mən çox xoşbəxtəm. Bundesliqanın baş direktorunu təbrik etdim. Çox önəmli iş gördülər və mən onların adına qürur duyuram. Bu, hamımız üçün bir nümunədi. İspaniya çempionatının ən qısa müddətdə bərpa edilməsini istəyirəm. Diqqətimizi 12 iyun tarixinə yönəltmişik.

İndiki halda azarkeşlərlə bağlı məsələlər müzakirə mövzusu deyil. Oyunçulara fokuslanmışıq. Hər yeni etapda ətrafdakı insanların sayı artacaq və biz diqqətli olmağa məcburuq. Təhlükəsizlik tədbirlərimiz sayəsində məşqlərdə koronavirusa yoluxmaq, demək olar ki, mümkünsüzdü".

Oxunma sayı 324