Prezident qəzetlərə abunəliyi ləğv elədi

14:15 23.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ağ Ev bəyan edib ki, prezident Donald Trampın "yalan xəbərlər" olaraq adlandırdığı “New York Times” və “Vashington Post”a abunəlik ləğv edilib. Bundan sonra Ağ Ev adıçəkilən qəzetləri almayacaq.

Hafta.az yazır ki, bu barədə məlumatı Ağ Evin sözçüsü Stefanie Grisham verib. Sözçü deyib ki, “Vaşinqton Post”u və “New York Times”ı Ağ Evdə oxumaq istəmirlər.

Yeri gəlmişkən, president Tramp da dünən Fox telekanalına verdiyi açıqlamada deyib ki, “New York Times”la “Vashington Post”u Ağ Evdə görmək istəmir. Çünki onlar yalan xəbər yayaraq xalqın fikrini çaşdırırlar.