Prezidentin köməkçisi Dağıstanda qalan  vətəndaşlarımızlardan danışdı

20:00 30.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Dağıstanda saxlanılan vətəndaşlarla əlaqədar onu qeyd etmək istərdim ki, digər ölkələrin ərazisində olan vətəndaşlar həmin ölkənin qayda-qanunlarına riayət etməlidir".

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Hər hansı bir zorakı xarakter daşıyan addımlardan da çəkinmək çox vacib xarakter daşıyır. Saxlanılan vətəndaşlarla bağlı Azərbaycanın aidiyyəti strukturları Rusiyanın hüquq-mühafizə orqanları ilə təmasdadırlar", - H.Hacıyev bildirib.

Oxunma sayı 1038
Siyasət rubrikasından digər xəbərlər