Prioritet məsələ Olimpiya Oyunlarının təhlükəsiz şəraitdə keçirilməsidir - Tomas Bax

15:05 23.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokioda keçiriləcək Olimpiya Oyunlarının koronavirus pandemiyası fonunda təhlükəsiz təşkil olunmasına imkan verən bir neçə layihə hazırlayır.

Hafta.az xəbər verir ki, bu barədə qurumun prezidenti Tomas Bax məlumat verib.

O bildirib ki, bu ilin iyul-avqust aylarında yarana biləcək vəziyyətlə bağlı bütün hazırlıqlar görülməlidir və yeri gələndə bunlardan istifadə ediləcək: “Miqrasiya, karantin qaydaları və Atletlər kəndində sosial məsafənin qorunmasına qədər bütün mühüm amillər nəzərə alınacaq. Sürətli testlərin aparılması, peyvəndləmə, tamaşaçılar, yarış iştirakçılarının sayı ilə bağlı çoxlu məsələlərlə bağlı suallar var. Hər kəs əmin ola bilər ki, prioritet məsələ Olimpiya Oyunlarının təhlükəsiz şəraitdə keçirilməsidir”.

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, pandemiya səbəbindən bir il təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Oxunma sayı 175