Prokurorluq Nərimanovdakı qətllə bağlı məlumat yaydı

19:41 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan Trend-ə bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxunma sayı 1316