Azərbaycanın müstəqillik günü Türkiyə parlamentində də qeyd olunacaq

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 20-26-sı aralığında Türkiyə Böyük Millət Məclisi (TBMM) çərçivəsində Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə tədbir keçiriləcək. Bu barədə açıqlamasında TBMM-in millət vəkili Mustafa Kabakçı bildirib. M.Kabakçının sözlərinə görə, toplantıya TBMM sədri Cəmil Çiçəyin, həmçinin Azərbaycan Milli Məclisindən deputatların qatılması gözlənilir. Millət vəkili qeyd edib ki, bunlardan başqa, TBMM-in plenar iclaslarında türkiyəli deputatlar tərəfindən Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı ayrıca çıxışlar da ediləcək. Plenar iclasda təbriklər səsləndiriləcək.
Vüsal
Oxunma sayı 91