Putin Britaniyaya yeni səfir təyin edib

19:51 05.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyaya səfir təyin edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Prezidentin sərəncamı ilə Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Andrey Kelin bu posta təyin olunub. 

Andrey Kelin 2015-ci ildən Rusiya XIN-in Avropa ilə Əməkdaşlıq Departamentinin direktoru vəzifəsində çalışıb. O, 2011-2015-ci illərdə Rusiya Federasiyasının Vyanadakı ATƏT yanında Daimi Nümayəndəliyin rəhbəri olub. 

 
Qeyd edək ki, 2011-ci ildən Rusiyanın Böyük Britaniyada səfiri olan Aleksandr Yakovenko bu il vəzifəsindən azad edilib.