Putin qardaşının ölümündən danışdı

22:21 10.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin axtarış-xilasetmə qrupundan olan könüllülərin Leninqradın blokadası zamanı həlak olan qardaşının dəfn yerini necə tapmasından danışıb.

Dövlət başçısı qardaşının cəsədinin Piskaverke məzarlığında tapıldığını bildirib:

“Hətta valideynlər də bilmirdilər. Sadəcə blokadada ölümü ilə bağlı kağız göndərmişdilər, vəssəlam. Xilasedicilər Piskaverkedə konkret olaraq onun məzar yerini tapmışdılar. Bilirəm ki, bu, yaxşı, nəcib peşələrdəndir”.