Qadın boksçulardan ibarət Azərbaycan millisi hazırlığa başlayıb

15:56 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasından hafta.az-a verilən məlumata görə, komandamız baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə Abşeron Olimpiya İdman Kompleksində bir araya gəlib.

Hazırlığa 8 boksçu dəvət olunub. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Komanda sonradan kişi boksçulardan ibarət yığma ilə birgə məşq edəcək.

Toplanış Tokio Yay Olimpiya Oyunlarına lisenziya veriləcək turnirlərə hazırlıq xarakteri daşıyır.

Oxunma sayı 130