Qadın futbolunun kişi futbolunu üstələdiyi 5 sahə

21:34 04.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadınlar arasında FIFA Dünya Kubokunun geniş işıqlandırılması və dramatik anlar bu hadisəni dünya boyu izləyən auditoriyanın sayında Braziliya, Fransa və Britaniyada rekord göstəricilərin əldə olunmasını təmin edib.

Bununla belə, futbol üzrə kişi Dünya Kuboku matçlarını izləyən auditoriya sayca daha çoxdur: FIFA-nın bildirdiyinə görə, ötən ilin Futbol üzrə Dünya Kuboku finalını 12 milyard insan izləyib, 2015-ci ilin Qadınlar Futbol Kubokunu izləyən auditoriyanın sayı isə təxminən 60 milyon olub.

Lakin bəzi hallarda qadın futbolu kişilərin futbolundan daha yaxşı nəticələr göstərib.

1. Çəkilən xərclərin səmərəliliyi

Dünya Kuboku matçlarına biletlərin bir qismi qadın Dünya Kuboku biletlərindən orta hesabla 10 dəfə bahadır

Keçən ilin yayında Rusiyada keçirilmiş kişi Dünya Kubokunda Fransa-Xorvatiya final matçında ən yaxşı yerlərə biletin qiyməti 660,000 rubl ($1,044) olub.

Qadın çempionatının finalında isə ən bahalı yerlər 10 dəfədən də çox ucuz olub - təxminən $95.

Bu il Fransada keçirilmiş qadınların Dünya Kuboku matçlarına ən ucuz biletlərin qiyməti təxminən $10 olub.

Fotonun müəllifiGETTY IMAGESImage captionBraziliyalı qadın futbolçu Marta hər oyunda orta hesabla kişi həmkarlarından daha çox qol vurub

2. Daha çox qol

Futbol üzrə bütün Dünya Kuboklarının ən yaxşı qolçusu braziliyalı qadın forvard Martadır - iştirak etdiyi 19 matçda Marta 17 qol vurub.

Bu ilin turnirində qadınlar orta hesabla hər oyunda 2,69 qol vurublar, kişilərdə bu göstərici ötən ilin Dünya çempionatında hər oyun üçün orta hesabla 2,64 qol olub, baxmayaraq ki, kişilərin turnirində həm iştirak edən komandaların, həm də keçirilmiş oyunların ümumu sayı qadınların müvafiq göstəricilərindən daha çox olub.

Qadınlar aparıcı peşəkar futbol liqalarında da daha yaxşı nəticələr əldə ediblər.

Son 3 mövsümdə İngiltərənin Qadın Super Liqasında hər oyunda orta hesabla 3,05 qol vurulub, kişilərin Premyer Liqasında isə müvafiq göstərici cəmi 2.76 qol təşkil edir.

3. Qadınlar qaydalara əməl edir

Qadınlar kişilərə nisbətən qaydaları daha az pozurlar.

2015-ci ilin Qadın Dünya Çempionatında ümumilikdə 115 sarı kart göstərilib və ya orta hesabla hər oyunda 2,21 xəbərdarlıq edilib.

Rusiyada 2018-ci ilin Dünya Çempionatında kişi futbolçulara ümumilikdə 219 sarı kart göstərilib (bir oyunda orta hesabla 3,42).

30 illik hakimlik karyerası dövründə həm kişi, həm də qadın futbol matçlarında hakimlik etmiş Janie Frampton-a görə, kişi futbolunda "cığallıq etmək meyli" bu sektorda "böyük pulların fırlanması və oyunçuların həddən artıq böyük eqosundan" qaynaqlanır.

Eyni zamanda İngilis Futbol Assosiasiyasının statistikasına görə, qadın futbolunda da sarı kartların sayı tədricən artmaqdadır.

2016-cı ildən bəri qadın futbolunda sarı kartların sayı hər matç üçün orta hesabla 1,3-dən artaraq keçən mövsüm 1,6 olub.

Kişi futbolunda isə - Premyer Liqada - ötən mövsümdə hər oyunda orta hesabla 3 kart göstərilib.

4. Qlobal yarışlar

Kişilərin yarışında Dünya Kuboku qalibləri yalnız iki qitəni təmsil edirlər - Avropanı və Cənubi Amerikanı.

Kişilər üçün Dünya Kuboku turnirlənin sayı qadınlar üçün keçirilmiş turnilərin sayından dörd dəfə çox olsa da, qadın Kubokunu qazanan dörd ölkə - Şimali Amerika, Avropa və Asiyanı təmsil edir (ABŞ, Almaniya və Yaponiya).

Təzəcə başa çatmış çempionatda son mərhələyə çıxmış səkkiz komandadan beşi (İngiltərə, Fransa, Hollandiya, Italiya və İsveç) ilk dəfə olaraq çempionluq titulunu qazanmağa çox yaxın olub.

Bəzi mülahizələrə görə, daha çox sayda komandaların çempionluq qazanmağa şanslı olması Qadın Futbolu Kubokunu daha maraqlı edir.

5. LGBT+ dəstək

Kişi futbolunda, aparıcı liqalarda və komandalarda bir nəfər də olsun açıq gey futbolçu yoxdur.

1990-cu ildə 21 yaşınadək futbolçulardan ibarət İngiltərə millisinin keçmiş oyunçusu Justin Fashanu gey olduğunu etiraf etmiş Britaniyada ilk peşəkar futbolçu olmuşdu.

Aston Villa klubunun və Almaniya millisinin keçmiş futbolçusu Thomas Hitzlsperger, 2014-cü ildə təqaüdə çıxandan sonra etirafını səsləndirərək qeyd etmişdi ki, aparıcı liqalarda oynayan peşəkar futbolçuların açıq etiraf etmələrinə "hələ uzun yol var".

Qadın futbolunda isə vəziyyət fərqlidir və inklüzivlik daha əhatəlidir.

Qadın Dünya Kubokunu və çempionluq titulunu üç dəfə qazanmış ABŞ millisinin ulduz oyunçularından biri Megan Rapinoe açıq geydir və hətta partnyoru, basketbolçu Sue Bird-la çılpaq çəkdirdiyi fotoları ABŞ-da nəşr olunan idman jurnalının üz qabığında dərc olunub.