Qadın güləşçilərimizin çempionata hazırlığı davam edir

12:19 20.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir. 

Hafta.az-ın məlumatına görə, avqustun 24-dək davam edəcək hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən TMT əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.