Qadın küçədə qarət olundu

22:19 12.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

M.Hadi küçəsi, ev 13a, mənzil 177-də yaşayan Muradova Ziyali Əfsəddin qızı polisə müraciət edərək bildirib ki, yaşadığı ünvanın qarşısında olarkən tanımadığı naməlum kişi ona qəfil hücum edib.

Naməlum şəxs onun içərisində 90 manat, sənədləri və "Samsung" markalı mobil telefonu olan çantasını alaraq hadisə yerindən qaçıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1982-ci il təvəllüdlü Təhməzov Rauf Şiraslan oğlu tutularaq istintaqa təhvil verilib