Qadın özünü qatar yoluna atdı - Metroda

12:30 14.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosunda hadisə baş verib.

Bu barədə hafta.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasında baş verib:

"Stansiyada qadın qəfil qatar relsinə düşüb. Dərhal qatarların hərəkəti dayandırılıb. Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Nəticədə qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".