Qadını döyərək xuliqanlıq edən şəxs saxlanılıb

17:38 06.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda xuliqanlıq törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, “102” Zəng Mərkəzinə Binəqədi rayonunun Naxçıvani küçəsində “KİA” markalı avtomobilin sürücüsünün bir qadını döyərək avtomobilə oturub getməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin qadının Abşeron rayon sakini Ş.Rzayeva, onu döyən şəxsin isə Bakı şəhər sakini E.Əliyev olması müəyyən edilib.

 

Xuliqanlığı törətməkdə şübhəli bilinən E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.