Kibercinayətkarlıqla mübarizə üçün milli qanunvericilik hazırlanmalıdır

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in Bakı Ofisi tərəfindən keçirilən konfransda belə deyilib

DünƏn Bakıda kibercinayətkarlıqla mübarizəyə həsr olunan ikigünlük konfrans öz işinə başlayıb. Xatırladaq ki, ATƏT-in Bakı Ofisi konfransı Azərbaycan hökuməti, ATƏT katibliyinin terrorizm əleyhinə fəaliyyət və strateji polis məsələləri şöbələri, eləcə də Avropa Şurasının dəstəyi ilə təşkil edib. Tədbirdə Azərbaycan müvafiq dövlət qurumları və internet provayderləri, beynəlxalq mütəxəssislər, eləcə də beynəlxalq təşkilatlar və səfirliklərin təmsilçiləri iştirak edirdi. Açılış nitqi ilə çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay bildirdi ki, konfransın məqsədi kibertəhlükəsizliyə hərtərəfli yanaşmanın bir hissəsi kimi, kibercinayətkarlıqla mübarizədə problemlər və onların həlli yolları barədə məlumatları artırmaqdır: “Biz hamımız təhlükəsiz interneti əhatə edən məsələlərlə məşğul olmağın artan əhəmiyyətini dərk edirik. Elə buna görə də qlobal kibertəhlükəsizliyi təmin etmək üçün kibercinayətə qarşı mübarizəyə ictimaiyyət, hökumətlər və sənayelər də cəlb olunmalıdır“.
Avropa Şurasının Bakı Ofisinin rəhbəri Konstantin Yerokostopulos isə çıxışında qeyd etdi ki, kibercinayətkarlıqla mübarizə Avropa Şurasının prioritetlərindən biridir: “Dövlətlər kibercinayətkarlıqla mübarizədə milli qanunvericilik hazırlamalıdır. Və Avropa Şurası üzv ölkələrə bu sahədə həmişə yardım edir“.

Oxunma sayı 115